"Hapoel"lə oyunda "Beşiktaş" azarkeşi xəsarət alıb
· 1 mənbə
UEFA Avropa Liqasının əsas mərhələsində insidentə görə yarımçıq qalan "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşmasında bir nəfər yaralanıb.
Modern.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərindən bir nəfər xərəkdə təcili tibbi yardım avtomobili ilə aparılıb.
Qeyd edək ki, "Beşiktaş" azakeşləri tərəfindən tribunada açılan Fələstin bayrağı insidentə səsəb olub. Gürcüstan polisinin müdaxiləsindən sonra gərginlik artıb. Polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.
Mənbə: Modern.az · 26.11.2026, 22:51 · orijinal məqalə