Bir ailənin iki üzvü bıçaqlanıb - VİDEO
· 1 mənbə
Bakıda ata və onun oğlu bıçaqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən ictimai iaşə obyektində baş verib.
Məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəmnində törədilib. Hüquq- mühafizə orqanlarına məlumat daxil olan kimi əməkdaşlar dərhal əraziyə cəlb olunublar.
Polis tərəfindən şübhəli şəxs qismində saxlanılan Uğur Əhmədov istintaqa təhvil verilib.
Yaxınlıqda yaşayan şəxslərin sözlərinə görə, hadisə gecə saat 3 radələrində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən Uğur Əhmədov bərbər işləyirmiş.
Mənbə: Xəzər Xəbər · 28.11.2026, 21:37 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Bir ailənin iki üzvü bıçaqlanıb - VİDEO