Kürün səviyyəsi artıb, Sabirabadın bəzi ərazilərini su basıb - VİDEO

· 1 mənbə

Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyət nəzarət altındadır. Əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir. Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur. Kür və Araz çaylarında baş verə biləcək daşqın təhlükəsini qarşısını almaq məqsədi ilə bəndlərin istismarı idarəsi bəndbərkitmə işlərini davam etdirir. Çayın keçdiyi Bulduq və Dadaşbəyli kəndlərinin ərazisində əlavə tədbirlər görülərək bəndbərkitmə işləri həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mənbə: Xəzər Xəbər · 28.11.2026, 21:52 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu