Bir telekanalın yayımı dayandırıldı

· 1 mənbə

Media və Yayım Şurası "Dünya" TV telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.

BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, "Reklam haqqında" Qanunun pozulmasına görə tərtib olunan protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Qeyd edək ki, "Dünya" TV-yə qarşı əvvəllər də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.

Mənbə: Baku.ws · 26.11.2026, 21:49 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws Bir telekanalın yayımı dayandırıldı

Baku.ws saytında oxu