Babək rayonunda ağır qəza: 5 nəfər xəsarət aldı

· 2 mənbə

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar - 1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu, 1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu, 1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı və 1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mənbə: Publika.az · 26.11.2026, 23:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu