Borclu olduğun adamın velosipedini oğurlayıb pulunu ödədi

· 1 mənbə

Bakının Nərimanov rayonunda borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq əldə etdiyi pulla borcunu qaytaran şəxs saxlanılıb.

“Qafqazinfo” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə polis əməkdaşlarının velosiped oğurluğu ilə bağlı apardıqları araşdırma zamanı üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M. Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M. Xəlilzadə inzibati qaydada həbs edilib.

Mənbə: Qafqazinfo · 28.11.2026, 16:10 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu