Vilyam Hacıyev azadlığa çıxdıqdan sonra ilk dəfə danışdı
· 2 mənbə
Xəbər verdiyimiz kimi, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb.
Vilyam Hacıyev həbsdən çıxıqdan sonra ilk dəfə “Qafqazinfo”ya açıqlama verib.
O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə dövlət başçısına təşəkkür edib.
V. Hacıyev həbsdən çıxdıqdan sonra Fəxri Xiyabana gedib, Ümummilli Lider Heydər Əliyevin və xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.
Səhhəti ilə bağlı vəziyyətə gəlincə eks-icra başçısı hazırda müalicəyə başladığını qeyd edib.
Xatırladaq ki, V. Hacıyev 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti ilə bağlı cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.
Sail Ağasəlim
Mənbə: Qafqazinfo · 28.11.2026, 16:25 · orijinal məqalə