"Borussiya" Seru Qirassi ilə müqavilənin müddətini uzatmaq istəyir
· 1 mənbə
Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Seru Qirassi ilə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun yeni sözləşməsinin 2030-cu ilin yayınadək qüvvədə olacağı gözlənilir.
Qvineya millisinin üzvü karyerasını Dortmund təmsilçisində davam etdirməyə müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, S.Qirassi 2024-cü ilin yayından "Borussiya"da çıxış edir. Onun Bundesliqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Mənbə: Report · 24.11.2026, 17:02 · orijinal məqalə