O, gələcəkdə prezident olacaq

· 1 mənbə

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Bernardu Silvanı “Benfika”nın prezidenti kimi gördüyünü bildirib.

Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm Madrid klubuna keçib. 32 yaşlı futbolçu La Liqada 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Publika.az xəbər verir ki, Mourinyo “Oyunçular arasında məşqçi olmaq əlamətləri olanlar varmı?” sualına belə cavab verib:

“Bilmirəm, biz daim futbolu, oyun tərzimizi və yanaşmamızı müzakirə edirik. Bir oyunçunun ondan nə gözlədiyimizi başa düşməsi və bu tələbləri yerinə yetirməkdə özünü rahat hiss etməsi xoşuma gəlir.

Gələcəkdə onlardan hansının məşqçi ola biləcəyini demək çətindir, çünki çoxlu gənc oyunçumuz var. Düşünürəm ki, Bernardo Silva sonda “Benfika”nın prezidenti olacaq, amma hazırkı digər oyunçulara gəldikdə, hələlik bunu demək çətindir”.

Publika.az

Mənbə: Publika.az · 24.11.2026, 16:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az O, gələcəkdə prezident olacaq

Publika.az saytında oxu