“Barselona” Bakıya səfərinin görüntülərini paylaşdı – VİDEO

· 1 mənbə

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la keçirəcəyi oyun üçün Bakıya səfəri ilə bağlı video yayımlayıb.

Klubun rəsmi YouTube kanalında paylaşılan görüntülərdə komandanın Barselonadan yola düşməsi, təyyarədəki anlar və futbolçuların Bakıya gəlişi əks olunub.

Qeyd edək ki, “Barselona” noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Sabah”la qarşılaşacaq. Oyun saat 21:45-də başlayacaq.

Mənbə: Trend · 24.11.2026, 15:55 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu