Britaniya uzun illər sonra bu addımı atdı

· 1 mənbə

Bakı.Trend:

Böyük Britaniyanın Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçulara Soyuq müharibə dövründən bəri ilk dəfə hərbi təlimlərdə iştirak etməyə çağıran məktublar göndərib.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, təxminən 100 min ehtiyatda olan hərbi qulluqçuya NATO-nun “Steadfast Defender” təlimləri kimi hərbi manevrlərdə könüllü iştirak etmək təklif olunub. Təlimlərin 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır. Məktublarda həmçinin onlardan əlaqə məlumatlarını yeniləmək, hazırkı vəzifələri və peşə bacarıqları barədə məlumatları dəqiqləşdirmək xahiş olunur.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu addımı “müharibəyə hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş və münaqişə riskini azaltmağa kömək edən praktiki tədbir” adlandırıb.

Rusiya tərəfi NATO ölkələrinin rəsmilərinin Moskvanın guya alyans üçün təhdid yaratması və ona hücum etmək planlarının olması barədə bəyanatlarını dəfələrlə təkzib edib. Moskva vurğulayıb ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırması regionda gərginliyin daha da yüksəlməsinə səbəb olur.

Mənbə: Trend · 26.11.2026, 11:43 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu