Ceyhun Bayramov: Aİ ölkələrinə səfərlər zamanı viza məsələsi xeyli çətinliklər yaradır

· 1 mənbə

"Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi Litva tərəfindən dəstəklənir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, gələn ildən Litvanın Aİ şurasına sədrliyi bu prosesi irəli apara bilər: “Bizim vətəndaşların Aİ ölkələrinə müxtəlif səfərləri olur, viza məsələsi xeyli çətinliklər yaradır. Asan, elektron viza rejiminə biz də hazırıq. Azərbaycan son illərdə bir çox ölkə ilə viza sahəsində liberallaşmaya gedir. Aİ ilə də eyni rejimə malik olmaq bizim üçün maraqlıdır”.

Mənbə: APA · 25.11.2026, 13:33 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu