Litva XİN rəhbəri Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişini yeniləməyə çağırıb
· 1 mənbə
Biz daha çox stabilliyi artırmağa dəstək göstərəcəyik.
APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Avropa İttifaqı Azərbaycanı təkcə təchizatçı kimi deyil, həm də digər regionlarla, o cümlədən Mərkəzi Asiya ilə bağlantıların qurulması məqsədilə “Global Europe” mexanizmi vasitəsilə investisiyalar üçün məkan kimi görməkdə maraqlıdır.
O, həmçinin, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişini yeniləməliyik.
"Hazırda bunun üçün həqiqətən əlverişli məqamdır", - XİN rəhbəri əlavə edib.
Mənbə: APA · 25.11.2026, 13:33 · orijinal məqalə