Litva XİN rəhbəri: Azərbaycan Mərkəzi Asiya və Aİ-ni birləşdirən əsas ölkədir

· 3 mənbə

“Bu səhər cənab Prezident İlham Əliyev ilə çox məzmunlu, səmərəli və maraqlı görüşüm oldu və bu məni 25 il əvvələ qaytardı”.

APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 25 il əvvəl onun Xəzər dənizi regionuna və Avrasiya qitəsinin enerji ehtiyatları və yeni nəqliyyat marşrutları ilə bağlı bütün bir hissəsinin yeni gələcəyinə böyük akademik marağı olub: “İndi sübut olunub ki, Azərbaycan regionları — Mərkəzi Asiyanı, Cənubi Qafqazı birləşdirən əsas ölkə olacaq, bütün malları Avropaya gətirəcək və Avropaya bunu etməkdə kömək edəcək. Mən bunu həm də o vaxt bizə — gələcək Avropa İttifaqı üzvünə — Rusiyadan idxalı şaxələndirmək və alternativlər yaratmaq baxımından görürdüm. Amma bu, hekayənin yalnız bir hissəsi idi.

Mənbə: APA · 25.11.2026, 13:24 · orijinal məqalə

Bu barədə kim yazır

Azxeber saytında oxu