Ceyhun Bayramov: Estoniya ilə münasibətlərdə çox ciddi dinamika müşahidə edirik
· 1 mənbə
“Ölkələrimiz arasında müqavilə-hüquq bazasına gəldikdə, hazırda 16 sənəd mövcuddur, daha 8 sənəd üzərində isə işlər davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə həmin sənədlərin qüvvəyə minməsinin şahidi olacağıq. Hazırda ticarət dövriyyəsi ilə bağlı göstəriciləri qənaətbəxş hesab edə bilmərik. Ötən il ticarət dövriyyəsi təqribən 32 milyon ABŞ dolları təşkil edib. Estoniyadan Azərbaycana 25 milyon ABŞ dolları həcmində investisiyaların yatırıldığının şahidi olmuşuq. 72 Estoniya şirkəti Azərbaycanda fəaliyyət göstərir, onlardan 48-i aktiv fəaliyyətdədir”, - deyə nazir qeyd edib.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 13:12 · orijinal məqalə