Elgün Məhəmmədəlizadə: "Bal yarmarkasına 270 arıçı 101 tondan çox bal satışa çıxarıb"
· 1 mənbə
Bakıda keçirilən 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına 52 rayondan 270 arıçı 101 tondan çox bal satışa çıxarıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə toplamda 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim olunub: "Bunların 17-si Şərqi Zəngəzur iqtisadi rayonunu təmsil edir. Satışa təqdim olunmuş bal məhsulları arasında may çiçək balı, cökə balı, meşə balı, Aran zonasında olanlarda isə həm lavanda balı, həmçinin də biyan balları var. Ümumilikdə isə 18-ə qədər çeşiddə bal məhsulları satışa təqdim olunub".
O qeyd edib ki, bal qiymətləri 20-40 manat arasındadır: "Bunu məhsulların çeşidindən və maya dəyərindən asılı olaraq arıçı müəyyənləşdirir. Əvvəlki illərə nisbətən qiymət artımı müşahidə olunmur".
Mənbə: Report · 27.11.2026, 12:58 · orijinal məqalə