Dünyanın havası ən çox çirklənən şəhərləri - TOP 10

· 1 mənbə

Bakı. Trend:

Dünyanın havası ən çox çirklənən şəhərləri açıqlanıb.

"IQAir"in məlumatına görə, hazırda dünyada havası ən çox çirklənən şəhərləri sırasında ilk pilləni Monqolustan paytaxtı Ulan-Bator tutur. İlk onluqda Kəlküttə (Hindistan), Dehli (Hindistan), Lahor (Pakistan), Dəkkə (Banqladeş), Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan), Əl-Küveyt (Küveyt), Pekin (Çin) və Manama (Bəhreyn) qərarlaşıb.

Bu şəhərlərdə havanın keyfiyyəti indeksi (AQI) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi illik orta normadan dəfələrlə çoxdur.

Havanın əsas çirkləndiricisi olan PM 2.5 hissəcikləri ağciyərlərin dərinliklərinə nüfuz edərək ürək-damar və tənəffüs sistemi xəstəlikləri riskini artırır.

IQAir mütəxəssisləri sakinlərə açıq havada fiziki fəaliyyətdən çəkinməyi, qoruyucu maskalardan və qapalı məkanlarda hava təmizləyicilərindən istifadə etməyi tövsiyə edirlər.

Mənbə: Trend · 27.11.2026, 13:00 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu