Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi -

· 1 mənbə

Məşhur müğənni və aktyor Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şıkellə evliliyindən olan oğulları Kuzey və Uzay ilə birlikdə görüntülənib. Yeni il festivalını gəzmək üçün ticarət mərkəzinə gələn Altuğun övladları ilə çəkdirdiyi fotolarda maraqlı detal diqqət çəkib.

Milli.Az xəbər verir ki, çəkilən kadrlarda sənətçinin oğullarından birinin boyu artıq atasını keçib.

2008-ci ildə ailə quran və Kuzey ilə Uzay adlı iki övladı olan Emre Altuğ və Çağla Şıkel 2015-ci ildə qarşılıqlı razılaşma ilə boşanıblar. Cütlük ayrıldıqdan sonra da övladlarının özəl günlərində bir araya gəlməyə davam edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 28.11.2026, 23:00 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu