Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

· 1 mənbə

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Mənbə: Modern.az · 26.11.2026, 11:36 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu