Əfsanə futbolla vidalaşdı

· 2 mənbə

Uruqvay millisinin və “Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera karyerasını bitirib.

Publika.az xəbər verir ki, 40 yaşlı qapıçı Libertadores Kubokunun finalında “Estudiantes”in “Palmeyras”a 0:1 hesabı ilə uduzmasından sonra butslarını çıxarıb asıb.

Muslera karyerasının böyük hissəsini Türkiyə Premyer Liqasında keçirib və İstanbulun “Qalatasaray” komandasında oynayıb . O, 2011-ci ildən 2025-ci ilə qədər komandada oynayıb. Qapıçı həmçinin Romanın “Latsio” (2007-2011) komandasında Avropada da özünə ad qazandırıb.

Fernandonun son klubu Argentinanın “Estudiantes” klubu olub. Muslera Uruqvay millisində 137 oyun keçirib və 140 qol buraxıb.

Mənbə: Publika.az · 29.11.2026, 14:52 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Əfsanə futbolla vidalaşdı

Publika.az saytında oxu