Əli Əsədov yeni qərar imzaladı

· 1 mənbə

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

Qoruq fəaliyyətinə dair illik hesabatı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edir.

Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.

Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası tədbirləri istisna olmaqla, təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 15:25 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az Əli Əsədov yeni qərar imzaladı

Milli.az saytında oxu