Əmtəə bazarlarında qızılın qiyməti 3 600 dolları ötüb

· 1 mənbə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin dəyəri 1,33% artaraq 3 612 dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 3,71% artaraq 42,04 dollar təşkil edib.

Mənbə: APA · 26.11.2026, 08:41 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu