İnsan beyninə yerləşdirilən çiplərlə bağlı yeni qərar
· 1 mənbə
İlon Maskın “Neuralink” şirkəti beyin implantları ilə bağlı tədqiqatlarda yeni mərhələyə keçir.
Publika.az xəbər verir ki, şirkət yan amiotrofik skleroz səbəbindən ağır iflic vəziyyətində olan xəstələrdə neyrokompüter interfeysinin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün yeni tədqiqat mərhələsinə icazə alıb.
Tədqiqat Böyük Britaniya, Kanada və ABŞ-da aparılan ilkin klinik sınaqların nəticələrinə əsaslanacaq. Həmin sınaqlarda beyin implantı yerləşdirilmiş 30-dan çox iştirakçı cihazdan minlərlə saat istifadə edib.
İlon Mask daha əvvəl neyroimplantların gələcəkdə iflic insanların yerimək və əllərini hərəkət etdirmək qabiliyyətini bərpa edə biləcəyini bildirmişdi.
Mənbə: Publika.az · 26.11.2026, 09:00 · orijinal məqalə