Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - ŞİKAYƏT və RƏSMİ CAVAB/VİDEO
· 1 mənbə
Məsələ ilə bağlı Xezerxeber.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib. Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib. Hazırda isə şəxslə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib. İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Xezerxeber.az-ın ünvanladığı sorğuya iki gün ərzində verilən cavab isə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin cavabından fərqlənməyib. TƏBİB sözügedən qurumun mövqeyini olduğu kimi öz adından bizə göndərib: "İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib. Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib. Hazırda isə şəxs qeydiyyatda olduğu tibb müəssisəsinə yeni göndəriş üçün müraciət etməyib. İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək".
Atif Sarıxanlı
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 09:08 · orijinal məqalə