Kəlbəcərdə bu il sənaye istehsalı 12 mln. manatı ötüb

· 1 mənbə

Bu ilin yanvar-oktyabr aylarında Kəlbəcər rayonunda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib. Bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

Bildirilir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 487 milyon 111 min manat investisiya yönəldilib.

2026-cı il oktyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 754,3 manat olub.

Məlimata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonda 148 yeni iş yeri açılıb.

Qeyd edək ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.

Mənbə: APA · 25.11.2026, 09:14 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu