Putindən Kuşnerə "incə işarə"

· 1 mənbə

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə bağlı sənəd Belarusda aşkar edilib.

Publika.az xəbər verir ki, sənəd "Belarus Partizanları" xüsusi layihəsi tərəfindən dərc edilib.

Sözügedən sənəd Kuşnerin babası, 1922-ci il təvəllüdlü İosif Moiseyeviç Berkoviçə məxsus "partizan heyətinin şəxsi qeydidir". Qeydə alınan məlumata görə, Berkoviç dülgər işləyib və 1943-cü ildə partizan dəstəsinə qoşulub. O, indiki Qrodno bölgəsində fəaliyyət göstərən dörd partizan briqadasının üzvü olub.

Bölükdə olduğu müddətdə özünü yaxşı döyüşçü kimi sübut edib. Komandanlığın əmrlərini yerinə yetirməkdə intizamlı və dəqiq olub.

Amerikalı danışıqçılarla görüş zamanı Rusiya prezidenti Vladimir Putin Kuşnerə babasının nasistlərə qarşı mübarizəsini ətraflı şəkildə əks etdirən sənədy göstərib. Bu barədə "New York Magazine" qəzeti məlumat yayıb.

“Rusiya prezidenti dövlət arxivindən Kuşnerin babasının Holokost zamanı partizan müqavimətini ətraflı şəkildə əks etdirən bir faylı göstərdi”, - nəşr yazıb.

Nəşr qeyd edir ki, Putinin jesti Rusiya və ABŞ-ın nasizmə qarşı mübarizədə müttəfiq olduğuna dair "incə bir işarə" kimi qiymətləndirilib.

Müəllif: Tural

Mənbə: Publika.az · 25.11.2026, 09:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Putindən Kuşnerə "incə işarə"

Publika.az saytında oxu