Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb
· 1 mənbə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.
Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib.
Mənbə: APA · 26.11.2026, 23:30 · orijinal məqalə