Evləri söküldü, lakin verilən vəd yerinə yetirilmədi - ŞİKAYƏT/VİDEO

· 1 mənbə

Bakıda bir qrup sakin tikinti şirkətlərindən narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Ceyhun Hacıbəyli ünvanında yaşamış sakinlərdən gedir.

Onlar bildirilər ki, əvvəllər yaşadıqları ünvanda köhnə evləri sökülüb, yerində bina tikiblər.

Həmin binadan isə təmirli mənzillə təmin edəcəkləri deyilib. Sakinlərə iki il ərzində kirayə haqqı da ödəyibilər. Amma indi onları təmiri yekunlaşmayan binalara köçməyə vadar edirlər.

Sakinlər iddia edirlər ki, evlərini sökən “N-Turan” və “Olimpus” tikinti şirkətləri tərəfindən onlara təzyiq göstərilib, kirayə pulları qəsdən və bilərəkdən gecikdirilib.

Mənbə: Xəzər Xəbər · 28.11.2026, 21:21 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu