Zelenski dağıntılar barədə məlumatlara qadağa qoydu

· 1 mənbə

Ukrayna Prezidenti Volodimir Zelenski kritik infrastruktur obyektlərinə endirilən zərbələrin nəticələri və onların bərpası müddətləri barədə məlumatların KİV-də dərc olunmasının məhdudlaşdırılması barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında bildirilir.

Sənədə əsasən, Nazirlər Kabineti dağıntıların nəticələri və obyektlərin bərpası müddətləri barədə məlumatların dərc edilməsini qadağan etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir. Məhdudiyyətlər enerji və əhalinin həyat təminatı obyektlərində mühafizə qurğularının tikintisinin mərhələləri və mövcud vəziyyəti barədə məlumatlara da şamil olunacaq.

Bundan əvvəl Zelenski KİV üzərində dövlət nəzarətinin gücləndirilməsini və Rusiyanın hərəkətlərinə müsbət qiymət verilməsini qadağan edən qanunu imzalayıb. Bundan əlavə, Ukrayna hakimiyyətinin fikrincə, Rusiya Federasiyasının fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, eləcə də Rusiya Federasiyasının dövlət orqanlarının fəaliyyətinin onların “populyarlaşdırılması” məqsədilə “müstəsna dərəcədə müsbət” işıqlandırılması qadağan edilib.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 28.11.2026, 21:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu