Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub
· 2 mənbə
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.
Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.
Mənbə: Report · 29.11.2026, 11:23 · orijinal məqalə