Fərhad Məmmədov: Bakı və İrəvan arasında dialoqa marağın artması nailiyyətdir
· 1 mənbə
"Sülh körpüsü" təşəbbüsünün iştirakçılarının sayının artması, həmçinin Azərbaycan və Ermənistan cəmiyyətlərinin bu formata artan marağı artıq nailiyyətdir.
"Report" xəbər verir ki, bunu Ermənistan mediasına "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
"Əlbəttə, əgər artıq beşinci görüş keçirilirsə və görüşlərimizin hər raundundan sonra iştirakçıların sayı artırsa, cəmiyyətlərimizin bu istiqamətə marağı çoxalırsa, bu, nailiyyətdir. Yəni dialoqun özünün aparılması, fikir mübadiləsi, bu prosesə cəlb olunan insanların sayının artması - bu, artıq nailiyyətdir", - o qeyd edib.
MƏLUMAT YENİLƏNİR..
Mənbə: Report · 26.11.2026, 19:27 · orijinal məqalə