Floridada atışma: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
· 1 mənbə
ABŞ-ın Florida ştatının Polk dairəsində ad günü tədbirində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün 15 yaşlı qızın doğum günü münasibətilə kirayə tutulmuş evdə təşkil edilən tədbirdə baş verib. Tədbirdə əksəriyyəti yeniyetmələr olmaqla, 50-dən çox şəxs iştirak edib.
Polk dairəsinin şerifi Qrey Caddın məlumatına görə, atışma zamanı 18 yaşlı Oral Uoker silahla atəş açıb. Hadisə yerində bir gənc ölüb, 6 nəfər yaralanıb.
Şahidlərin ifadəsinə əsasən, şəxsiyyəti hələ müəyyənləşdirilməyən başqa bir şəxs də cavab atəşi açaraq ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müəllif: Roza
Mənbə: Publika.az · 27.11.2026, 11:30 · orijinal məqalə