Gömrük nəzarətindən gizlədilən 166 min manatlıq qızıl-brilyant boyunbağılar aşkarlanıb
· 1 mənbə
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər.
APA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilən, 750 əyar qızıl və 57,779 karat brilyantdan hazırlanmış 2 boyunbağı aşkarlanıb.
Zinət əşyalarının ümumi dəyəri 166 610 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA · 26.11.2026, 14:01 · orijinal məqalə