Niyə onda istefa vermədi?

· 1 mənbə

Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkənin Aİ-yə daxil olma prosesini başladan qanunun qəbulundan sonra istefa vermədiyinə və yalnız indi tənqidi fikirlər səsləndirən Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryana cavab verib.

Ermənistan parlamenti 2025-ci ilin mart ayında ölkənin Avropa Birliyinə qəbul prosesinə başlamaq üçün qanun qəbul etdi.

Publika.az xəbər verir ki, Paşinyan brifinqdə bildirib:

“Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi olsaydı, qanun layihəsi qəbul edildikdən sonra istefa verməli və bununla da razılaşmadığını bildirməli idi. Mən qərara gəldim ki, Qriqoryan artıq Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmayacaq. Ona başqa iş təklif etdim, amma imtina etdi”.

O, həmçinin Qriqoryanın dolayı yolla baş nazirin mövqeyini ictimaiyyətə çatdırdığına dair iddialara da münasibət bildirib. Ermənistan hökumətinin başçısı qeyd edib ki, əgər belə olsaydı, həftəlik brifinqlər verməzdi.

Paşinyan, həmçinin bir sıra səbəblərə görə yuxarıda qeyd olunan qanunun ləğv edilməsinin mümkünlüyünü görmədiyini bir daha vurğulayıb.

Qriqoryan əvvəllər "Aİ üzvlüyünün illüziyası" adlı məqalə dərc etmişdi və orada İrəvanın Avropaya tələsik inteqrasiyasını tənqid etmişdi. O, xüsusilə qeyd etmişdi ki, Ermənistanın Aİ-yə qoşulma perspektivi cəlbedici görünsə də, ölkənin hazırkı siyasi, coğrafi və iqtisadi reallıqları ilə uyğun gəlmir. O bildirmişdi ki, hazırda əlçatmaz bir məqsədə çatmaq Ermənistanın Rusiyadan asılılığını azaltmaqla yanaşı, əksinə, onu artırır və Moskvanın sərt reaksiyasına səbəb olur.

Qriqoryan daha sonra bir sıra müsahibələrində də oxşar mövqe tutub.

Müəllif: Tural

Mənbə: Publika.az · 26.11.2026, 14:04 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Niyə onda istefa vermədi?

Publika.az saytında oxu