Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

· 1 mənbə

Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ölkə ərazisində xüsusi immiqrasiya nəzarəti tədbirləri keçiriblər.

Nazirliyin məlumatına görə, kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları da var.

Bildirilib ki, xüsusi immiqrasiya nəzarəti çərçivəsində müxtəlif obyektlərdə yoxlamalar aparılıb. Nəticədə saxlanılan şəxslərin Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunla müəyyən edilmiş tələbləri pozduğu müəyyənləşdirilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır. Onların Gürcüstandan deportasiya edilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Mənbə: Report · 27.11.2026, 11:07 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu