Ermənistanın keçmiş müdafiə nazirinə yeni ittiham irəli sürülüb
· 1 mənbə
Bakı. Trend:
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni ittiham irəli sürülüb.
Bu barədə "Armenia Today" məlumat yayıb.
Məlumata görə, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Eyni iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Norayr Yolçyan da Tonoyana kömək etməkdə ittiham edilir.
Hər iki təqsirləndirilən şəxs barəsində ölkəni tərk etməmək qadağası və girov qətimkan tədbirləri seçilib.
Cinayət işi noyabrın 24-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə daxil olub.
Mənbə: Trend · 25.11.2026, 16:22 · orijinal məqalə