HƏMAS-ın maliyyə və investisiyalarına cavabdeh şəxsi öldürülüb

· 1 mənbə

İsrail Müdafiə Ordusu HƏMAS hərəkatının siyasi bürosunun iqtisadiyyat şöbəsinə rəhbərlik edən Əbu Nadanın öldürüldüyünü bildirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, Əbu Nada həmçinin HƏMAS hökumətində nazir postunu tutub və hərəkatın banklarının, investisiyalarının idarə edilməsinə cavabdeh idi.

İsrail Müdafiə Ordusu iddia edib ki, o, vəsaitləri terror fəaliyyətinin maliyyələşdirilməsinə və HƏMAS-ın silahlı qüvvələrinin gücləndirilməsinə yönəldirirdi.

Mənbə: Report · 26.11.2026, 12:37 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu