Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

· 1 mənbə

Gürcüstanın Marneuli şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə turnir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yarışda 24 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.

Turnir Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.

Yarışda gürcü döyüşçülərlə yanaşı, Gürcüstanın azərbaycanlı idmançıları da iştirak ediblər.

Marneulili idmançı Sənan Xəlilov 70 kiloqram çəki dərəcəsində rəqibinə qalib gələrək turnirin çempionu adını qazanıb.

Mənbə: Report · 24.11.2026, 20:08 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu