İki uşaq oyun oynayarkən su kanalına düşdü

· 2 mənbə

Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə uşaqlar kanalın kənarında oynayan zaman baş verib.

Onlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Mənbə: Publika.az · 28.11.2026, 20:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Siyəzəndə iki uşaq su kanalına düşdü

Publika.az saytında oxu