İlin ilk Super Ayı görünəcək
· 1 mənbə
Noyabrın 24-ü saat 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, ilin ilk Super Ayı görünəcək.
Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğacaq. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq.
Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr saat 05:28-də olacaq.
Mənbə: Qafqazinfo · 24.11.2026, 16:39 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
İlin ilk Super Ayı görünəcək