İlkin Həsəninin uşaqlıq arzusu yarımçıq qaldı
· 1 mənbə
Aparıcı İlkin Həsəni uşaqlıq arzusunu gerçəkləşdirmək üçün Amsterdama gedib.
Publika.az xəbər verir ki, uşaqlıqdan məşhur "The Prodigy" qrupunun pərəstişkarı olan İlkin konsertdə iştirak etmək üçün bloger həyat yoldaşı Aysel Həsəni ilə birlikdə Niderlandın paytaxtına yollanıb. Lakin qrup üzvlərindən birinin səhhətində yaranan problem səbəbindən konsert qəfil ləğv edilib.
Aparıcı konsertin baş tutmamasına baxmayaraq, əhvalının yaxşı olduğunu və səyahətdən zövq almağa davam etdiyini bildirib.
Mənbə: Publika.az · 29.11.2026, 11:26 · orijinal məqalə