İpoteka Fondu 50 milyon manatlıq istiqraz yerləşdirəcək

· 1 mənbə

İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manatlıq istiqrazları dekabrın 1-də Bakı Fond Birjasında hərraca çıxarılacaq.

Bir istiqrazın nominal dəyəri və satış qiyməti 1 000 manat, illik faiz dərəcəsi isə 3,25% təşkil edir.

Banker.az xəbər verir ki, Mərkəzi Bank sənədsiz, adlı, faizli və təmin edilməmiş istiqrazların emissiya prospektini 6 noyabr 2026-cı ildə qeydə alıb.

İstiqrazlar Bakı Fond Birjası vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Depozitar xidmətlərini və istiqraz sahiblərinin uçotunu Milli Depozit Mərkəzi həyata keçirəcək.

Mənbə: Banker.az · 27.11.2026, 17:40 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu