İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
· 1 mənbə
İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi ölkənin baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əz-Zeydinin müxtəlif bölgələrdə, o cümlədən Kərkük əyalətində hərbi hissələrin yerləşdirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı əmrlərini yerinə yetirməyə tam hazırdır.
Yəhya Rəsul qeyd edib ki, ali baş komandanın göstərişinə əsasən, birləşmiş əməliyyat qüvvələrinin briqadaları neft qaçaqmalçılığı üçün istifadə olunan qanunsuz torpaq yollarını bağlamalıdır.
Qeyd edək ki, daha əvvəl İraqın son 17 ildə neft qaçaqmalçılığı və dələduzluq səbəbindən 300 milyard dollardan çox vəsait itirdiyi bildirilmişdi.
Mənbə: Report · 26.11.2026, 01:29 · orijinal məqalə