Kuşner: Aİ Ukrayna üzrə danışıqlar üçün vahid nümayəndə seçməlidir

· 1 mənbə

ABŞ-ın avropalı müttəfiqlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlarda iştirak etmək üçün vahid nümayəndə seçməsi daha məqsədəuyğun olardı. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib. “Düşünürəm ki, bir nümayəndənin olması ideal variant olardı. Lakin səkkiz nəfərdən ibarət qrupun iştirakı da mümkündür”, – deyə Kuşner qeyd edib. O, həmin nümayəndənin kim olacağına dair qərarı özünün verməyəcəyini də vurğulayıb.

Mənbə: APA · 26.11.2026, 01:36 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu