Matçı birlikdə izlədilər
· 1 mənbə
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris böyük maraqla gözlənilən “Sabah” – “Barselona” matçını birlikdə izləyərək bu mühüm idman tədbirinin həyəcanını bölüşüblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Görüşün xüsusi məqamlarından biri isə “Sabah” futbol klubuna litvalı baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etməsidir ki, bu da tədbirə əlavə rəng qatır və Azərbaycan ilə Litva arasında insanlararası əlaqələri ön plana çıxarır”, - deyə paylaşımda qeyd edilib.
Mənbə: Qafqazinfo · 26.11.2026, 01:33 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Matçı birlikdə izlədilər
Qafqazinfo
XİN rəhbərləri matçı birlikdə izlədilər