İsrail və ABŞ birgə kiber müdafiə təlimlərində ilk dəfə süni intellektdən istifadə edib

· 1 mənbə

İsrail və ABŞ hərbçiləri ilk dəfə süni intellekt texnologiyalarını kibertəhlükəsizlik üzrə birgə "CyberDome" təlimlərinə inteqrasiya ediblər.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, ABŞ-dəki ixtisaslaşdırılmış kibermərkəzin bazasında keçirilən təlimlərdə İMQ-nin Telekommunikasiya və Kibermüdafiə İdarəsinin və ABŞ Kiber Komandanlığının 100-dən çox mütəxəssisi iştirak edib. Hərbçilər son üç il ərzində texnoloji dəyişiklikləri və regiondakı vəziyyəti nəzərə alaraq hərbi şəbəkələrə və kritik infrastruktura yönəlmiş mürəkkəb hücumların dəf olunması zamanı fəaliyyətlərin əlaqələndirilməsini və kəşfiyyat məlumatlarının mübadiləsini məşq ediblər.

Qeyd olunub ki, ilk dəfə proqrama həm müdafiə, həm də hücum tapşırıqları üçün istifadə olunan süni intellekt alətləri daxil edilib.

İMQ-nin Birləşmiş Kibermüdafiə İdarəsindən qeyd edilib ki, süni intellekt təhlükələri daha tez aşkarlamağa və təhlil etməyə imkan verir, həmçinin kiberhücumlara reaksiyanın dəqiqliyini artırır.

"CyberDome" təlimləri 2015-ci ildən etibarən hər il keçirilir və İsrail ilə ABŞ-nin kibertəhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsinə yönəlib.

Mənbə: Report · 29.11.2026, 17:05 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu