Kestutis Budris: Litva Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır

· 1 mənbə

Litva Cənubi Qafqazdakı vəziyyətdə irəliləyiş görür və sülh prosesinə öz töhfəsini verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Biz Cənubi Qafqazda sülh prosesinə töhfə verməkdə maraqlıyıq. Litva həmçinin Azərbaycana minalardan təmizlənmədə kömək edə bilər, çünki bizim Ukrayna ilə oxşar təcrübəmiz var", - o deyib.

Mənbə: Report · 25.11.2026, 13:32 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu