Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb

· 1 mənbə

Konqo Demokratik Respublikasında ən böyük Ebola epidemiyasından ölənlərin sayı 6 025 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" rəsmi məlumatlara istinadən məlumat yayıb.

Ölkənin səkkiz əyalətində təsdiqlənmiş yoluxma hallarının sayı 12 200-ü keçib.

Hazırkı, 17-ci Ebola epidemiyası mayın 15-də elan edilib. Buna hazırda təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu olmayan Bundibuqio virusu səbəb olur.

Hakimiyyət orqanlarının məlumatına görə, ölüm nisbəti təxminən 49 % təşkil edir. Bir çox xəstə tibbi yardıma çox gec müraciət edir və ya ümumiyyətlə müalicə olunmur. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölüm hallarının 60 %-dən çoxu səhiyyə müəssisələrindən kənarda baş verir.

Mənbə: Report · 29.11.2026, 18:25 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu