Elşən Həsənli Çöhranlı kənd sakinləri ilə görüşdü

· 1 mənbə

Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, icra hakimiyyəti başçısı Elşən Həsənli Kürdəmir rayon Çöhranlı kənd və Kürdəmir şəhər sakinləri ilə görüşüb.

Görüşdə icra başçısının müavini, şöbə və sektor müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd və şəhər inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və sakinlər iştirak ediblər.

RİH başçısı Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbullarda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı E.Həsənli tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Mənbə: Qafqazinfo · 26.11.2026, 10:58 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Elşən Həsənli sakinlərlə görüşdü

Qafqazinfo saytında oxu