Koşta və Lyayen şokda: Brüsseldə kritik razılaşma baş tutmadı

· 1 mənbə

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində 2028-2034-cü illər üçün çoxillik büdcə və Ukraynaya 45 milyard avro həcmində yeni kredit ayrılması ilə bağlı razılıq əldə olunmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, sammitin yekunlarına dair mətbuat konfransında Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen narazı görünüblər.

Məlumata görə, mətbuat konfransı cəmi 11 dəqiqə davam edib, hər iki rəsminin çıxışı çox qısa çəkib.

Qeyd olunub ki, Aİ-nin çoxillik büdcəsi ittifaqın yeddi il ərzində əsas xərclərini müəyyənləşdirir və bütün üzv dövlətlərin yekdil razılığını tələb edir. Bu isə danışıqları xüsusilə mürəkkəbləşdirir.

Müəllif: Roza

Mənbə: Publika.az · 27.11.2026, 16:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu